19 Fevral 2015 09:24
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə “O Səs Türkiyə” müsabiqəsində olan Elnur Hüseynovun qalib seçilməsi Azərbaycanda və qardaş ölkədə onun pərəstişkarları tərəfindən sevinclə qarşılanıb.

Müsabiqəyə qatıldığı ilk gündən səsi ilə hamını heyran qoyan Elnur jüri seçimində Ebru Gündeşlə yolunu davam etdirməyi seçmişdi.

Türkiyənin sevilən sənətçisinin komandasında həftələrlə yarışan Elnur Hüseynov duel mərhələlərindən sonra, ən nəhayət xalqın seçimi ilə finala qədər gəlib çıxmağı bacardı.

Burada ona sevənləri ilə yanaşı, sənətçi dostları, bir sıra tanınmışlar, eləcə də komanda rəhbəri Ebru gündeş də yaxından dəstəyini çatdırdı.

Xüsusən son final gecəsində də o, sosial şəbəkə izləyicilərini Elnuru dəstəkləməyə çağırdı və qələbədən sonra onlar birlikdə sevinclərini bölüşərək çəkdirdikləri fotoşəkli internetdə yayımladılar.

Ebru Gündeşin “Tviter” mikrobloqunda yayımlanan fotoşəkildə çox sayda təbrik tvitləri yazılıb. Həmçinin "#GündesinOsesiELNUR" heşteqi tvitlənmə reytinqində 3-lüyə daxil olub.

Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəldi və ən nəhayət bu gecəki son buraxılışda mövsümün birincisi seçildi./anspress/


Müəllif: