20 Fevral 2015 17:47
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rusiyalı topmodel İrina Şeyk yeni sevgili tapıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı model sevgililər gününü "Formula-1" pilotu Luis Hemiltonla keçirib. Bu barədə məlumatı "El Mundo" qəzeti yayıb.

Jurnalistlər İrina ilə Hemiltonu fevralın 14-də moda təqdimatlarından birində görüblər. Elə həmin gün İrina İnstagram-da qızılgül buketinin fotosunu paylaşmışdı.

Xatırladaq ki, İrina Şeyklə məşhur futbolçu Kriştiano Ronaldonun ayrılması xəbəri bu ilin yanvar ayında yayılmışdı. İrina Ronaldonun "Qızıl top" alması mərasimində də iştirak etməmişdi.

Hemilton isə uzun müddət müğənni Nikol Şerzinger ilə bu yaxınlarda ayrılıb. Onların ayrılmasının səbəbi isə Nikolun evlilik istəyinə Luisin müsbət cavab verməməsi olub.

Rüstəm


Müəllif: