Ötən gün tanınmış müğənni Özcan Dənizin rejissoru olduğu “Sevimli Təhlükəli” filminin Bakıda qala gecəsi olub.
Teleqraf.com xəbər verir ki, sənətçi jurnalistlərin “O səs Türkiyə”nin qalibi olan Elnur Hüseynov haqqında suallarını da cavablandırıb. O, Elnurun ifasını bəyəndiyini deyib:
"Elnur qalib olduqdan sonra ətrafında gəzən söz-söhbətdən xəbərim yoxdur. Gözəl səsi var. Azərbaycan onu bir dəfə "Eurovision"a göndərib. İcazə verin, bu dəfə də Türkiyəni təmsil etsin".
Teleqraf.com təqdimatdan fotoları təqdim edir:
Rüstəm