2 Mart 2015 12:17
396

Chanel moda evi aktrisa Kristen Styuartın çəkildiyi reklam kampaniyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, tanınmış aktrisa Kristen Styuart Chanel çantalarının yeni reklam kampaniyasında çəkilib. Dizayner Karl Lagerfeldin müəllifi olduğu ağ-qara fotolarda Kristen klassik obrazda əlində yeni Chanel çantası görünür. Reklam kampaniyasının tam versiyası aprel ayında işıq üzü görəcək. Kristenlə yanaşı, reklam kampaniyasında aktrisa Vanessa Paradi və model Elis Dellal da çəkilib.

Rüstəm


Müəllif: