3 Mart 2015 10:19

“Bozbash Pictures”in Fəlakəti - Elşən Orucov polis maşınını əzib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə “Ay brilliant" filminin çəkilişləri zamanı baş verib.

Aktyor İlkin Həsəni Teleqraf.com-a xəbəri təsdiqləyib. O, bildirib ki, polis avtomobilinin qaçırılması kadrının çəkilişi zamanı aktyor qəfildən maneə ilə qarşılaşıb: “Fəlakət maşını qaçırıb həyətə salmalı idi. Tələsən aktyor maşının qapısının açıq qalmasından xəbərsiz olub. Tini burulanda qapı açılıb və dəmir betona çırpılıb. Maşın əzildi, polislər narahat oldular, amma biz onları sakiləşdirdik. Dedik ki, əşşi, Fəlakətdir də, bir işdir olub”.

Cəvahir


Müəllif: