3 Mart 2015 12:34

Əməkdar artist, bəstəkar Elza Seyidcahan «Bu şəhərdə” kollektivinin üzvlərini məhkəməyə verməkdə israrlıdır.

Bu barədə Teleqraf.com-a açıqlama verən Seyidcahan qəzəbləndiyini bildirib: “Müşfiqgil mənə zəng edib dedilər ki, Elza, bizə halallıq ver. Mən hardan bilim ki, halallığımı alıb, sonra da məni yıxıb-sürüyəcəklər. Sən demə, bunlar məni biabır ediblər. Şeir yazmağımı, saç düzümümü istədikləri formada camaata təqdim edəcəklər. Belə şey olar? Çox xətrimə dəydilər. Özlərinə də xəbər eləmişəm ki, məhkəmədə görüşəcəyik. Amma hələ ki, xəbər-ətər yoxdur, mənə bir cavab verməyiblər. Mənim şeir yazmağıma lağ ediblər. O qədər şairciklər qalıb bir qıraqa, mənə sataşırlar. Mən onların üçünü də çox istəyirdim, amma məni yıxıb-sürüyəndən sonra münasibətim dəyişdi. Heç konsertlərinə də getməyəcəyəm. Müşfiq, Rafael və Coşqun məhkəmədən qabaq gəlib mənimlə danışsınlar, desinlər görək bu nə oyundur”.

Cəvahir


Müəllif: