5 Mart 2015 16:28
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Vaqif Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirmişdir. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olmuşdur.

Rüstəm


Müəllif: