5 Mart 2015 21:47
3 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kral ailəsinin gəlini olan Dina Abdulaziz tərzi ilə bütün dünyanı təəccübləndirir.

2006-cı ildən bəri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riadda yaşayan Dina 2013-cü ildə Nyu-York Moda Həftəsində iştirak edərək bütün dünyaya adını eşitdirdi.

Publika.az xəbər verir ki, “D’NA” adlı butikin sahibi olan Dina Abdulaziz dünyaca məşhur moda evlərinin kolleksiyalarını satır.

Yüksək moda həftələrini yaxından təqib edir, bir çox dəfiləni ön sıradan izləyir. Böyük bir sərvətə sahib olduğu üçün ən məşhur modelyerlərin dizayn etdikləri paltarları geyinir.

Ancaq onu vitrində gördüyünü alıb geyinən ərəb şahzadələrindən fərqləndirmək lazımdır. Çünki o, trendləri öz zövqü ilə uyğunlşadırır, hər geyindiyini özünə yaraşdırmağı bacarır.

Dina uzun müddət Nyu-Yorkda yaşamasının və təhsilini burada tamamlamasının onun zövqünü inkişaf etdirdiyini deyir.

Bir ərəb şahzadəsi üçün olduqca cəsur seçimlər edir. Yeri gələndə dekolteli də geyinir. Diqqətçəkici rənglər, həndəsi detallar və qeyri-adi kəsimlər, avanqard üslub Dina stilinin əsasını təşkil edir.

Qısa saçlarıyla müasir görkəmini vurğulayır, dəbdəbəli aksessuarları çox sevir.

Ayaqqabılara isə pərəstiş edir, xüsusilə də “Christian Louboutin” markasının modellərinə heyrandır.


Hətta marka özünün “Deena” adlı ayaqqabı modellərini bu şahzadənin stilindən ilham alaraq yaradıb.


Dina Abdulaziz ərəb qadınlarının dünya modası ilə daha yaxından maraqlanmasını istəyir, hətta bunun üçün markalara öz fikirlərini diktə etməkdən də çəkinmir. Məsələn, bir dəfə məşhur modelyer Diana fon Fyurstenberqdən daha uzun geyimlər dizayn etməsini istəyib. Modelyer Dinanın butiki “D’NA”da satılması üçün geyimlərinin uzun modellərini göndərib.

Bu zövqlü xanım Səudiyyə şahzadəsi Abdulaziz Əli Səid ilə evlidir və üç uşaq anasıdır.


Müəllif: