7 Mart 2015 11:44
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günay İbrahimli sevgidə ürəklə yanaşı ağılla da hərəkət etmək lazım olduğunu bildirib.

Teleqraf.com məlumatına görə, sənətçi “ATV Maqazin” verilişinə açıqlamasında onunla bir daha barışmayacağını bildirib:

“Ayrıldıq, alınmadı. İstəsəydim, münasibət davam edərdi. Amma ürəklə yanaşı, ağılla da hərkət etmək lazımdır. Bizi kimsə ayırmadı. Elə insanam ki, qarşımda kim dayansa, mane olmağa çalışsa, sözünə qulaq asmaram. Səhvlər çox idi… Nöqtə qoydum. İstəmirəm qayıtsın. Qayıtsa belə, qəbul etmərəm. Ciddi səbəb olmasa, ayrılmazdım. Hazırda ayaqda qalmağıma ətrafimdakılar kömək olur. İndi də onu "tamamilə unutmuşam" deyə bilmərəm. Əlbəttə ki, yadımdadır”.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: