9 Mart 2015 17:39
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova həyatı ilə bağlı etiraf edib.


Axşam.az-ın məlumatına görə, “Əslində mən” verilişində müğənni dörd oğul övladını itirdiyini bildirib:


“Bir oğlum Cahadla kifayətlənməmişəm. Əvvəl bu haqda danışmırdım, indi söyləyirəm. Tamaşaçılar elə bilir həyatımda hər şey gözəl olub. O vaxtlar cəbhə bölgələrində konsertlər verirdim. Deyirdilər, əsgərlər sizi istəyib. Etiraz etsəm, gecə yata bilməzdim, razılaşırdım. Birtəhər qarnımı bağlayıb, bilinməməsinə çalışırdım. Avtobusla rayonlara gedirdim, qayıdanda birbaşa xəstəxanaya aparırdılar, uşaq tələf olurdu. Beləcə, dörd oğlumu itirmişəm. Hamısı da doğuşa 2-3 ay qalmış düşüb. Əgər qalsaydı indi beş oğlum var idi”.


Müəllif: