9 Mart 2015 22:49

Məşhur sənətçi İbrahim Tatlısəs Amerikada əməliyyat olunub.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Tatlısəsin meneceri Eyyüb Kanat əməliyyatdan sonra onun vəziyyətinin yaxşı olduğunu deyib.

Xəbərə görə, İbrahim Tatlısəsın Mayamidə baş tutan əməliyyatı 4.5 saat davam edib və uğurla başa çatıb.

Eyyub Kanat sosial mediada "Hörmətli İbrahim Tatlısəsin Türkiyə saatıyla bu gün günortadan sonra girdiyi əməliyyat müvəffəqiyyətlə nəticələndi. İbrahim Tatlısəsin vəziyyəti çox yaxşıdır. Arayan, soruşan, yaxşı diləklərini və dualarına göndərən bütün dostlarına və sevənlərinə təşəkkür edirik" mesajını paylaşıb.

Tatlısəs özü isə əməliyyatdan əvvəl Twitterdən "Burada saat 06.03-dür, əməliyyata gedirəm, sizlərdən haqqınızı halal etmənizi istəyirəm. Mən halal edirəm və dualarınızı gözləyirəm. Görüşərik! Allaha əmanət olun!" mesajını bölüşüb.

Nihad


Müəllif: