10 Mart 2015 12:12
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kimdir nömrə 1” yarışmasına qatıldıqdan sonra daha çox tanınan müğənni İlahə İbadova ATV telekanalına açıqlamasında boşanmasının səbəbini açıqlayıb.

Müğənni ilə ailəli olan İbadova ayrılmasında özünü günahkar bilmədiyini deyib.

“Elçi gələnlərim çox idi. Sadəcə düşündüm ki, öz sənətimdən olan bir insan olsa, məni daha yaxşı başa düşər. Təəssüf ki, bizdə olan münaqişə sənət münaqişəsi idi. Ailə quranda 23 yaşım var idi. Artıq “Xalq ulduzu” musiqi müsabiqəsindən kifayət qədər tanınmışdım. Ailədaxili sənət paxıllıqları var idi. Həyat yoldaşım da məşhur olmaq istəyirdi. Hətta birgə duet də ifa etdik. Görünür ki, onu məşhurlaşdırmaq üçün az səy göstərmişəm. İzdivacın dağılmasında özümü günahkar bilmirəm”.

publika.az


Müəllif: