10 Mart 2015 15:07
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vəfa Zeynalova ATV kanalında yayımlanan “Günəbaxan” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, verdiyi maraqlı açıqlamaları ilə diqqət çəkib. Kişilərin xasiyyətini xarakterizə edən aktrisa bunları deyib:

“Kişilərin hamısı xanımı ilə maraqlanır: harda idin, niyə gec gəldin? Amma hər yerdə qadınların onları sorğu-sual etməklərini bəyənmədiklərini deyirlər. Yalandır. Subay vaxtı ana maraqlanır: hardasan, evə tez gəl. Ailə qurduqdan sonra isə kişilər həyat yoldaşının onlarla eyni formada maraqlanmasını xoşlayırlar. Bütün xanımlar yoldaşı üçün ana olur. Kişilər uşaq kimidir”.

Rüstəm


Müəllif: