15 Mart 2015 14:21
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum reper Hüseyn Dəryanın vəfatından bir il keçir.

Teleqraf.com xəbər verir ki, o, 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edərək hərbi xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

O, ilk dəfə meyxana və muğamla repi sintez edib. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirib, və ondan sonra nominasiya MDB-də heç bir reperə verilməyib. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını alıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülüb.

Keçən il 14 martda H.Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb. Ağır xəsarətlər alan sənətçi 15 mart səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Rüstəm


Müəllif: