15 Mart 2015 19:23
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rihanna Dior filminin dördüncü seriyasının siması olacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Fransız moda evinin Cennifer Lourens, Natali Portman və Marion Kotiyar kimi sevimli simalarıyla eyni siyahıda yer alan Rihanna "Sirli bağ" videoları seriyasının davamında çəkiləcək. Stiven Klyaynın çəkdiyi filmin ictimaiyyətə yazda təqdim olunması planlaşdırılır. "Secret Garden"-in əvvəlki hissəsi bizə Versal sarayı və parkın gəzən modelləri nümayiş edir. Bu versiya üzərində fotoqraflar İnez van Lamsveyerde və Vinud Matadin çalışıb. Hazırda filmin üçüncü hissəsinin YouTube-da 9 milyon baxışı var.

Rüstəm


Müəllif: