17 Mart 2015 10:38
1 067

Xalq artisti Rəmiş “Salam Azərbaycan” verilişinin qonağı olub. Azərbaycan” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, tanınmış gitara ifaçısı saçını rəngləyən kişi müğənnilərə iradını bildirib:

“Bu yaşımda başıma qırmızı rəng qoyum? Camaat mənə nə deyər? Bu cür işlər düz deyil. Bizimkilər Almaniyaya, Hollandiyaya gedib-gəlirlər, özlərini onlara oxşadırlar. Axı bu Azərbaycana uyğun deyil. Ay dostlarım, qoyun saçınız olduğu kimi qalsın. Saç rəngləməklə məşhurlaşmaq olmur. Millətin gözü güzgüdür. Xalq görür kim yaxşı ifaçıdır, yaraşıqlıdır. Hələ indi cırıq şalvar geyinirlər. Özüdə deyirlər ki, qiyməti 250 manatdır. Ayıbdır axı. Bəziləri də var ki, makiyaj etməsələr insan sifəti almırlar, meymuna oxşayırlar".

Rüstəm


Müəllif: