17 Mart 2015 13:41
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur aktyorlarından olan DiKaprio rəsm əsərləri kolleksiyasını daha da böyüdüb.

Teleqraf.com Rusiya mətbuatına sitinadən xəbər verir ki, Leonardo DiKaprionun son əldə etdiyi əsərlərdən biri Poulsen “Instagram” qalereyasından rəssam Jan-Pyer Royun “Miras” rəsmi olub.

Bu barədə qalereyanın əməkdaşı bildirib: “Leonardo əsəri “Instagram”da görüb və onu telefonla alıb”

Martın əvvəlində Leonardo 1973-cü il amerikalı rəssam Frenk Stelllanın rəsm abstraksiyası işini, 2013-cü ilin may ayında Takasi Murakaminin əsərini, daha əvvəl isə Jan-Mişel Baskiyanın, Ed Ruşeyin işlərini alıb.

“Endi Uorhol, Jan-Mişel Baskiya, Françesko Klemente və Culian Şnabel - bu rəssamlar 80-ci illərdə Nyu-Yorkda çox populyar idi, o zamanlar mən yeni-yeni incəsənəti anlamağa başlayırdım. Onlar mənim qəhrəmanlarım idi və mən hələ də Baskiyanın böyük pərəstişkarıyam”, - deyə DiKaprio “Wall Street Journal”a müsahibəsində bildirib.

Qeyd edək ki, aktyor 1996-cı ildən incəsənət kolleksioneri olaraq tanınmağa başlayıb.

Rüstəm


Müəllif: