17 Mart 2015 15:12
427

Barbadoslu məşhur müğənni Rihanna "Ev" multifilminin təqdimatına qatılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rihannanın da çəkildiyi animasiyada gəlmələrin yeri tutmasından bəhs edilir. RNB ifaçısı Nyu-Yorkda təşkil edilən təqdimatda iştirak edib.

O, cizgi filmində Dar adlı qız obrazını səsləndirib. Məşhur müğənni ilə bərabər filmin səsləndirməsində Ceniffer Lopez, Stiv Martində iştirak edib. Filmdə həmçinin Rihannanın yeni mahnıları da yer alıb.

Yeni film 19 martdan nümayişə çıxacaq.

Qeyd edək ki, Rihanna bir neçə gün əvvəl "Dior" brendinin mini-filminə çəkilib.

Rüstəm


Müəllif: