17 Mart 2015 17:38

Gənc müğənni Aytac Vidadiqızı sənət dostlarını ətrafına toplayaraq Şüvəlanda 12 saylı fiziki və əqli cəhətdən qüsurlu olan kimsəsiz uşaqlar üçün konsert proqramı ilə çıxış edib.

Bu haqda Publika.az-a açıqlama verən müğənni bunu özünə borc bildiyini söyləyib.

“Novruz bayramında insanları sevindirmək, xeyir iş görmək savabdır. Bu səbəbdən düşündüm ki, kimsəsiz uşaqlar üçün belə konsert təşkil edim. Sənət dostlarım da məni bu işdə tək qoymadılar”.

Bayram şənliyindən fotoları təqdim edirik:


Müəllif: