21 Mart 2015 13:37
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Xəyyam Nisanov çoxdan gözlənilən Türkiyə layihəsini ötən gün həyata keçirib. Belə ki, həmyerlimiz türkiyəli həmkarı Zinyet Sali ilə işbirliyinə imza atıb.

Müğənnilər "ENBE" orkestrinin müşayiəti ilə səhnəyə çıxaraq "İstanbul səsləyir bizi" mahnısını duet şəklində ifa ediblər.

Yaxın günlərdə cütlük duet mahnıya klip də çəkəcək. Klipin rejissoru isə Türkiyənin ən məşhur müğənniləri - Ajda Pekkan, Gülben Ergen, Ebru Gündeş kimi ifaçıların kliplərini çəkən rejissor Nihat Odabaşı olacaq.

Maraq üçün bildirək ki, mahnını bir neçə il öncə Xəyyam özü "İstanbul" adı ilə solo ifa edib.

Publika.az


Müəllif: