22 Mart 2015 09:39
986

Xalq artisti Aygün Kazımova “Big Apple Music Awards 2015” müsabiqəsinə qatılmaqdan imtina edib.

Axşam.az-ın məlumatına görə, müğənni bunun səbəbinin təşkilatçılar olduğunu bildirib:

"Bunun səbəbi təşkilatçıların erməni olmasıdır. Sevənlərim mənə səs göndərməsinlər".

Dünyanın bir çox yerindən məşhur simaların qatıldığı yarışmada ən yaxşı ifaçılar mükafata layiq görülürlər. Mükafatlandırma gecəsi iyunun 14-də Nyu-Yorkda baş tutacaqdı.

Müsabiqənin nominantları arasında Tarkan, Əmir Diab kimi məşhurların da adı yer alıb.

Qeyd edək ki, 2007-ci ildən keçirilən “Big Apple Music Awards” müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılırlar.

Ötən il müsabiqədə xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova mükafata layiq görülmüşdülər.


Müəllif: