19 May 2014 10:32
770

İyulun 6-da Nadir Qafarzadə Yaşıl Teatrda növbəti solo konsertini verəcək.

Müğənni Teleqraf.com-a açıqlamasında deyib ki, verəcəyi konsert qeyri-adiliyi ilə seçilməklə yanaşı, Azərbaycanda ilk olacaq. Belə ki, konsertdə yalnız onun həyat yoldaşı iştirak edəcək:

“Həmin tarixdə Yaşıl Teatrın bütün oturacaqları boş olacaq. Yalnız birindən başqa. Orada mənim üçün həyatda ən dəyərli varlıq olan xanımım əyləşəcək. Həmin gecəni isə ona və evliliyimizin yubleyinə həsr edəcəyəm. Öncədən söyləyim ki, bu konsertim çox müzakirə olunacaq. Hətta mənim fikrimə qarşı çıxanlar da olacaq. Amma tənqidlər hər zaman olub və olacaq. Konsertdən öncə isə KİV nümayəndələri üçün görüş keçirəcəyəm. Mətbuat konfransında konsertimlə bağlı bir çox məqamları da açıqlayacağam. Hazırda konsert üçün gözəl səhnə hazırlanır. Bu çox fərqli bir səhnə olacaq. Çıxışım zamanı məni rəqs qrupu müşayiət edəcək. İnşallah, yaxşı bir konsert həyata keçəcəyimə inanıram”.

Xatırladaq ki, N.Qafarzadənin Yaşıl Teatrda sonuncu solo konserti 2013-ci il sentyabrın 13-də olmuşdu. Müğənni həmin sarayda “Sən mələksən” adı altında səhnə almışdı.

Aytən Həsənova


Müəllif: