25 Mart 2015 18:46
566

İsrail Macarıstanı "Eurovision-2015"də təmsil edəcək mahnının "siyasiləşdirilməsi"ndən qəzəblənib.

Teleqraf.com xəbər verir ki, ifaçı Csemer Boglárka "Heç nə uğrunda mübaribə" mahnısını ifa edərkən fondakı ekranda "2014 - Qəzza - Qurbanların üçdə ikisi mülki şəxslər idi, o cümlədən 500-dən çox uşaq" sözləri də yazılır.

İsrailin Macarıstandakı səfiri yerli ictimai media orqanlarını birləşdirən quruma şikayətində "populyar musiqi yarışmasından siyasi mesajların ötürülməsi üçün istifadə edilməsini yersiz saydığını" bildirib.

Qeyd edək ki, "Eurovision"un qaydaları siyasi mesajları qadağan edir. Qurumun yüksək vəzifəli rəsmisi söz verib ki, sözügedən informasiya mahnının arxa planındakı videoçarxdan çıxarılacaq.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: