19 May 2014 15:10
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış sənətçisi Doğuş bir neçə gün öncə "Səni axtarıram" verilişində iştirak etmək üçün Azərbaycana gəlib. Gəlişinin səbəbini sirr kimi saxlayan müğənni səfər təəssüratlarını bizimlə paylaşıb.

- Doğuş bəy, bu, Azərbaycana neçənci gəlişinizdir?


- Bu, Bakıya üçüncü səfərimdir. Bundan əvvəl Nar festivalında iştirak etmək üçün Göyçaya gəlmişdim. Festival da, Göyçay da çox möhtəşəm idi. Budəfəki səfərimin səbəbi isə qoy, sirr qalsın. Zamanı gəlincə, hər şey açıqlanacaq, bir az səbr edin.


- Bakı çoxmu dəyişib? Nə kimi yeniliklər gördünüz?


- Bakı çox gözəldir. Mən bu şəhəri çox sevirəm. Paytaxtınızda yaxşıya doğru dəyişiklik var. Bunu görməmək mümkün deyil.

- Özünüzü harada daha rahat hiss edirsiniz? Bakı kimi sizə yaxın olan şəhərdə, yoxsa Avropa ölkələrində?


- Açığı, mən səyahətlərim zamanı çox gəzmirəm. Konsertimi verib, işlərimi tamamlayıb otelə qaçıram. Amma Bakı da, insanları da daha doğmadır. Ayrı dövlət ola bilərik, amma eyni millətik. Bunu unutmayın.

- Sizə doğma olan Azərbaycandan kimləri dinləyirsiniz?


- İndi ad çəkə bilmərəm. Amma dinlədiklərim olub. Bir çoxlarını dinləmək şansım olub. Əksəriyyətini də bəyənmişəm.


- Həmkarlarınızın çoxu film və seriallarda rol alır. Sizin belə bir planınız varmı?


- Sizə bir sirr açım: yeni filmimiz artıq yoldadır, bu yaxınlarda hazır olacaq. Mən də təbii ki, baş roldayam. (gülür)

- Yeni albomunuz niyə bu qədər gecikir?


- Bilirsiniz, mən keyfiyyət tərəfdarıyam. Yeni albomum isə demək olar ki, hazırdır.


- Albomlarınızda Azərbaycan mahnılarına yer vermək fikriniz varmı?


- Albomlarımda hələ ki, Azərbaycan mahnısı oxumamışam, amma konsertlərimdə “Ayrılıq” və “Bu qala daşlı qala”nı həmişə səsləndirirəm. Sizin mahnıları çox sevirəm. Öz mahnılarımızdan ayırmıram.


- Türkiyədəki son hadisələr hamımızın ürəyini ağrıtdı...


- Hə, hamımız olanları ürək ağrısıyla izləyirik. Xalqımız ağır günlər yaşayır, çətin sınaqdan keçirik. Bir çox sənətçi dostlarım kimi mən də konsertlərimi təxirə salmışam. Allah köməyimiz olsun... /1937.az/


Müəllif: