20 May 2014 10:33
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Humay Qədimova duet oxuyacaq.

Bu haqda Teleqraf.com-a açıqlama verən müğənni duet ortaqlarının bir neçə nəfər olacağını qeyd edib.
Bildirib ki, hazırda mahnı seçimi üzərində iş gedir:

“Həm şou-biznes, həm instrumental musiqi ifaçıları arasında duet ortaqlarım var. Hələlik repertuar seçilir, texniki proseslər davam edir. Duetlərin hamısını eyni vaxtda oxumağa qərar verdik. Duet ortaqlarımın adlarını tezliklə açıqlayacağam”.

Yaradıcılıq yeniliklərindən başqa, H.Qədimova fotosessiya etməyi də sevir. Oxuculara ifaçının yeni şəkillərini təqdim edirik.

Aytən Həsənova


Müəllif: