20 May 2014 12:17
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Soma rayonunda kömür mədənində baş verən faciə zamanı vəfat edənlərin ailələri və zərər çəkən insanlara məşhurlar tərəfindən yardım aksiyası davam edir.


ANS PRESS-in məlumatına görə, məşhur müğənni Demet Akalın yardım əlini uzadan insanlar sırasındadır. İfaçı artıq bir neçə gündür ki, Somaya lazımı ləvazimatlar göndərir. Daha öncə həyat yoldaşı Okan Kurt ilə birlikdə faciədə yaralanan və həyatlarını itirənlərin yaxınları üçün bir TIR ərzaq və geyim göndərən Akalın bununla kifayətlənməyib.

Belə ki, sevilən ifaçı yeni dünyaya gələn qızı Hiranın heç istifadə etmədiyi geyimlərini, İnstagram vasitəsi ilə aldığı hədiyyələrini və 25 ton quru qidanı da Somaya göndərib.


Demet Akalın şəxsi Tvitter hesabında məlumat verərək: "25 ton olduğu üçün paketlənməsi uzan zaman apardı. Bütün qəlbi təmiz insanların adından göndərdik. Allah dua edənlərdən də razı olsun, göndərilənlər Somaya çatıb artıq"- şərhini bildirən ifaçı, İnstagram vasitəsi ilə aldığı 100ayaqqabını da rayona göndərəcəyini vurğulayıb.


Müəllif: