21 May 2014 14:39
775

Əməkdar artist Tünzalə Ağayevadan dinləyicilərinə xoş xəbər var.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, sözləri Mələk Xəlilə, musiqisi müğənninin özünə aid olan “Hər şey yaxşı olacaq” mahnısı dünyanın tanınmış internet-mağazası olan “ITunes Store”da yerləşdirilib.

Uzun zamandır yeni albom çıxarmayan T.Ağayeva müəllif hüquqlarının lazımi şəkildə qorunmamasından şikayətlənib:

“İTunes Store - dünyada minlərlə musiqiçinin güvəndiyi bir qurumdur. Bundan sonra albomum burada yer alacaq”.

Müğənni hazırda həm də yeni albom üzərində işlədiyini deyib.

Aytən Həsənova


Müəllif: