22 May 2014 11:36
2 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Muhteşem yüzyıl” serialında Mihrimah Sultan obrazını canlandıran Pelin Karahan məşhur markanın siması olacaq.

Teleqraf.com Türkiyə mətbuatına xəbər verir ki, aktrisa Hollivud ulduzlarının zinyət əşyası markası sayılan “Chopard”ın siması olacaq.

Bundan sonra gözəl aktrisa UmaTurman, Qvinet Peltrou, Naomi Vatts, Keyt Blanşett və Penelopa Kruzun da istifadə etdiyi bu markanın zinyət əşyalarını xarici ölkələrdə təşkil olunan tədbirlərdə taxacaq.

Ola bilsin ki, türkiyəli aktrisa üzərində həmin zinyət əşyaları ilə özəl pozlar da versin.

Qeyd edək ki, ötən il Hülya Avşar da “Chopard”ın zinyət əşyaları ilə Kann Festivalında görünmüşdü.

Aytən Həsənova


Müəllif: