23 May 2014 16:43
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış iş adamı Rza Zərrabın 960 min manatlıq "Rolls Royce" avtomobili evakuatorla aparılarkən görüntülənib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobildə problem yarandığından servis tərəfindən yoldan götürülüb, təmir olunduqdan sonra isə Zərrabın Kanlıcadakı villasına aparılıb.

"Rolls Royce"un nömrəsinin "YIL 60" olmasının da maraqlı səbəbi var. Zərrab Ebru Gündəşlə evlənəndə "60 il heç ayrılmayacağıq" deyə söz verib.

Qeyd edək ki, bu seriya nömrəsi Rza Zərrabın villasının qapısında və gəmisində də yazılıb.

Uğur


Müəllif: