23 May 2014 17:43
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli futbol komandasının baş məşqçisi Fatih Terimin kiçik qızı Busə nişanlısı, futbolçu Əmrə Belezoğlunun qohumu Volkan Bahçekapılı ilə nikah masasına oturub.


ANS PRESS-in məlumatına görə, Fatih Terimin həyat yoldaşı Fulya xanım bildirib ki, qızları Volkan ilə sadə mərasim keçirərək ailə həyatı qurub: "Soma faciəsi ilə əlaqədar olaraq toy gününü təxirə salmışdıq,amma bütün hazırlıqlarımız başa çatmışdı. Bal ayı üçün otel və biletlər daha öncə rezerv edilmişdi. Bu səbəblə evdə yaxınların ətrafında nikah keçirdik".


Fulya Terim bundan əlavə olaraq bildirib ki, Buse toyunda gəlinlik geyinəcək deyə, nikah günü sadə qırmızı geyimdə qonaqların qarşına çıxıb. Cütlüyün toyu iyunun 6-ı "Shangri-La Bosphorus"da dəbdəbəli şəkildə keçiriləcək.


Müəllif: