1 İyul 2015 11:05
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun tanınmış aktrisalarından olan Culiya Roberts və Nikol Kidmanın iştirakı ilə yeni film çəkilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rejissor Billi Rey argentinalı Xuan Xose Kampanellanın 2009-cu ildə "Oskar" almış "Onların gözündəki sirr" filminə adaptasiya çəkib. Filmin hekayəsi istefada olan məhkəmə işçisinin yazdığı qətl barədədir. Filmin yeni adaptasiyasının heyətində Nikol Kidman, Çivetel Eciofor, Maykl Kelli, Din Norris və Culiya Roberts kimi ulduzlar çəkiliblər.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: