1 İyul 2015 12:58

Müğənni Yaşar Cəlilov prodüseri Vüsalə Kərimova ilə haqlarında yayılan şayiələrə münasibət bildirib.

Teleqraf.com axşam.az-a istinadən məlumat verir ki, ifaçı aparıcı ilə sevgili olmaları söz-söhbətlərinə belə cavab verib:

“Çoxdandır susduğum bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Vüsalə Kərimova ilə sevgili deyiləm. Yazdıqlarınıza, dediklərinizə, danışdıqlarınıza diqqət edin. Bu söhbətlərdən iyrənirəm. Bezmişəm... Daha doğrusu bezdirmisiniz. Öz işlərinizlə maraqlanın. Biz Vüsalə xanımla 4 ildir ki, müğənni-prodüser kimi fəaliyyət göstəririk. Həm də ailəvi dostuq. Hər müğənni işlədiyi prodüseri ilə münasibətə girməməlidir. Ağzınıza gələni danışmayın. Bir də mənə bu məsələ ilə bağlı heç nə deməyin, soruşmayın. Əks təqdirdə acı cavab alacaqsınız. Özünüzə və qarşınızdakına hörmət edin. Bu mənim sizə son xəbərdarlığımdır. Artıq-əskik yazanla başqa cür danışacam. Tanışlardan sözü olan nömrəmi bilir. Özümə yazsın, cavabını verim”.

Qeyd edək ki, daha əvvəldə aparıcı özü bu şayələrə münasibət bildirib:

“Bir də qələt edib üstümə gəlməyin. Deyək ki, Yaşarla sevgiliyik, bundan sizə nə? Kimsiniz? Həyat yoldaşınızı əlinizdən almışam? Yoxsa, məni nəslinizdəki tərbiyəli xanımlar kimi gündə biri ilə tutmusunuz? Nədir sizi yandıran? Mal mənim, mülk mənim, sizə nə? Gözünüz Yaşardadırsa, onun da gözü başqasındadırsa, gedin özünüzə başdan-ayağa baxın. Qüsurlarınızı düzəldin ki, sizi seçsin. Allaha şükür olsun ki, mənim nə sevməyə, nə də sevilməyə ehtiyacım var. Ətrafım, yaxınlarım, doğmalarım, dostlarım məni sevir, çünki sevilməyə layiqəm, o sevgini təmiz qəlbimlə qazanmışam. Sizin kimi içim kin-küdurətli deyil. Həyatdan zövq ala-ala yaşayıram, haqqımdır, boyumdan uzun, dağ boyda balam var. Bu mənə yetər! Sizlərə yazığım gəlir, mənim qeybətimi edincə, kimlə harada necə oturub durduğumu özünüzə dərd edincə, həyatınızı qurun. Mən heç vaxt acıq verməyəcəm, kifayət qədər mükəmməl qadınam. Yaşamaq, xoşbəxt olmaq mənim də haqqımdır, amma kiminlə, harada, necə, onu siz heç vaxt bilməyəcəksiniz”.


Müəllif:
Загрузка...