1 İyul 2015 21:46
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Baltik Dənizi sahillərinə baxan maraqlı bir mənzərə ilə qarşılaşır.

Teleqraf.com xarici mətbuata istinadən, burada siz dünyanın ən böyük oteli adına sahib olan Rügen oteli ilə qarşılaşacaqsınız.

5 km uzunluğa malik mehmanxananın 10 min ədəd otağı var. Belə nəhəng otel 70 il əvvəl tikilmiş olmasına baxmayaraq heç vaxt turist üzü görməyib.

Bunun əsas səbəbi isə Nasist Almaniyası zamanında Hitlerin əmri ilə "Prora" adı ilə 1936 -1939-cu illərdə inşa eilib.

Bu layihədə 9 min işçi çalışıb. 1939-cu ildə müharibə səbəbindən inşaatı tam olaraq bitməyən otelin işçləri silah zavodlarına təyin ediliblər.

Hamburq şəhərinin bombalandığı zaman bir çox insan bu otelə sığınıb.

Müharibədən sonra Qərbi Almaniya ordusu tərəfindən qərargah kimi istifadə edilən otel 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra taleyin ümidinə buraxılıb.

Otelin yenidən bərpa edilməsi və satılması planlaşdırılıb.

Oktyabr ayında açılması planlaşdırılan nəhəng tikilinin lüks mənzilləri indidən satılır.

Teleqraf.com otelin fotolarını təqdim edir:

Rüstəm


Müəllif: