6 İyul 2015 11:20
592

Böyük Britaniyada şahzadə Uilyamla hersoginya Keyt Midltonun qızı Şarlottanın xaç suyuna salınma mərasimi keçirilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasim Norfolk qraflığında yerləşən Müqəddəs Mari Maqdalene kilsəsində baş tutub.

Mərasimin diqqətçəkən məqamlarından biri də şahzadə Corcun əynində atası Uilyamın 30 il əvvəl qardaşı Harrini doğum evindən çıxarmağa gedərkən geyindiyi paltarın oxşarının olması idi.

Qeyd edək ki, şahzadə Şarlotta bu ilin mayında dünyaya gəlib.

Teleqraf.com mərasimdən olan fotoları təqdim edir:

Rüstəm


Müəllif: