8 İyul 2015 18:59
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zövq müxtəlifdir. Məsələn, Azərbaycanda hansı müğənniyə başında badımcan yaraşar? Amma Ledi Qaqaya yaraşır. Elə insan var ki, 3 min manatlıq paltar geyinib. Amma paltar onun əynində ucuzlaşır”.

Bu sözləri müğənni Ülvi Qılınc “Günaydın” verilişində söyləyib.

Bundan başqa, ifaçı amerikalı yazıçının yazdığı əsərləri oxuması ilə də zövqünün dəyişdiyini bildirib.

“Bir müddət öncə Napoleon Hillin kitabını oxudum. Bu kitab düşüncələrimi dəyişdi. Anladım ki, insanın öz fikrinin olması çox mütləqdir. Belə olduqda sabah heç kəsi günahlandırmıram. Son 2-3 gündə bir neçə səhv etmişəm. Amma heç kəslə məsləhətləşməmişəm. Özümə xeyirli olan bir neçə şeyi itirmişəm. Buna baxmayaraq, heç kəsi günahlandırmıram. Əvvəllər isə bir iş alınmayanda ətrafımdakıları günahkar bilirdim. Mənim üçün bax zövq elə budur”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.


Müəllif: