20 İyul 2015 11:12
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə marağa səbəb olacaq paylaşımlar edib. O, gecə ilə konsert təşkilatçısı Nahid Emiloğlu şəkil paylaşaraq “Tezliklə” şərhini yazıb.

Bu haqda əlavə məlumat verməyən super ulduz, ardınca Bolqar əsilli dünya şöhrətli müğənni Azisin Bakı konsertinin biletlərinin və konsertin təşkilatçısı Samir Xəttabla şəklini paylaçaraq “Mən də ordayam, bəs siz?” şərhini əlavə edib.

Publika.az məsələ ilə bağlı xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. O, konsertdə olacağını bildirib.

“Bəli, mən Azisin konsertinin özəl qonağıyam. Orada sizləri sürpriz gözləyir. İndidən heç nə demək istəmirəm. Bütün sürprizi iyulun 25-i, konsertdə görəcəksiniz”.


Müəllif: