21 İyul 2015 11:09
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktyoru Leonardo Di Kaprio təbiətin mühafizəsinə 15 milyon dollar məbləğındə ianə edib.

Teleqraf.com xəbər verir ki, bu ianə əsasən Afrika və Amazonda təbiətin mühafizəsi ilə məşğul olan fondlara ayrılıb. Həmin təşkilatlar sırasında Ümumdünya Təbiəti Mühafizə Fondu da yer alıb. "Planetimizin təbiəti elə sürətlə məhv olur ki, biz bütün bunları görməməzlikdən gələ bilmərik", - deyə aktyor qeyd edib.

Bundan əvvəl də aktyor Nepalda pələng populyasiyasının sayının iki dəfə artırılmasına dəstək məqsədi ilə Ümumdünya Təbiəti Mühafizə Fonduna üç milyon dollar ianə etmişdi.

Rüstəm


Müəllif: