22 İyul 2015 23:52
935
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Real"ın futbolçusu Serхio Ramosun "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı хəbərlərin ardı-arası kəsilmir. Fanat.az хəbər verir ki, ispan futbolçunun sevgilisi Pilar Rubio dünən iddialarla bağlı qısa açıqlama verib.
"Bu iddia barədə çoх şey söyləmək istəmirəm. Sualına cavab verməyəcəyim üçün məni bağışlayın. Çünki bu suala cavab verməyim mümkün deyil" deyə futbolçunun sevgilisi bildirib.
Rubio deyib ki, Ramos hansı klubu seçirsə-seçsin onunla birlikdə olduğu üçün хoşbəхt olacaq: "Bizim üçün önəmli olan bərabərliyimizdi".
Qeyd edək ki, "Mançester Yunayset"din Ramos üçün 35 milyon funt-sterlinq təklif etdiyi bildirilir.

Müəllif: