23 İyul 2015 10:17
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS telekanalının məşhur teleaparıcısı Elgiz Əkbərin “İnstagram” hesabının haker hücumu nəticəsində sındırılması haqda xəbər vermişdik. Hətta bununla əlaqədar o, hüquq mühafizə orqanlarına müraciət etmək niyyətində idi.



Ötən gün isə Elgiz Əkbərin adıçəkilən sosial şəbəkədəki hesabı yenidən bərpa olunub. Məsələ ilə əlaqədar publika.az telejurnalistlə əlaqə saxlayıb. O, sevincini bizimlə bölüşdü:



“İnanılmaz hadisə baş verdi. Bəlkə də “İnstagram” tarixində belə bir şey olmayıb. Çətinliklə də olsa, hesabımı bərpa etmək mümkün oldu”.



Şirkətə yazılı məktubla müraciət etdik. Onlar mənim həqiqi Elgiz Əkbər olduğumu təstiq etmək üçün mobil telefonuma şifrə göndərdilər. Sonra həmin şifrəni əlimdə tutaraq şəkil çəkdirib yenidən onlara göndərdim. Bununla da məsələ yekunlaşmadı. Xarici passportumun da şurətini göndərdim. Beləliklə çətinliklə bunu reallaşdırdıq. Bu işdə Şəhriyar Tağızadə mənə kömək oldu. Ona dərin minnətdarlığımı bildirirəm”.



Teleaparıcı hesabının niyə bağlanmasına da aydınlıq gətirib.



““İnstagram” şirkəti tərəfindən bizə məlumat verildi ki, çoxsaylı insan mənim profilimi şikayət edib və rəsmi hesabımı yalançı hesab kimi qələmə veriblər. Bu səbəbdən də hesabım bağlanıb. Amma onlar tərəfindən tələb olunan bütün sənədlərin surətini göndərdikdən sonra məndən üzr istədilər”.



Lakin aparıcını sevindirən təkcə bu olmayıb. O, həmçinin Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 140 illiyi münasibətilə Fəxri Fərmana layiq görülüb.


Müəllif: