23 İyul 2015 22:13
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şarapova Forbes jurnalının rusiyalı məşhurlar siyahısına başçılıq edir.

Maria Şarapova Forbes jurnalında dərc olunmuş rusiyalı şou biznes və idman ulduzlarının reytinq siyahısında birinci yerə layiq görülüb.

Son il ərzində 28 yaşlı tennisçi qadının gəliri 24,4 milyon dollardan 29,7 milyona dollara çatıb. Həmin siyahıda ikinci yeri müğənni Filip Kirkorov tutub. Onun gəliri 10,4 mln dollar təşkil edir.

Məşhurlar siyahısında sonrakı yerləri müğənni Qriqori Leps, hokkeyçi Aleksandr Oveçkin, teleaparıcı Kseniya Sobçak və rejissor Nikita Mixalkov tuturlar. Rusiyalı məşhurların reytinq siyahısında birinci onluğun axırında yer tutan müğənni Dima Bilandır.

Ümumilikdə Rusiyalı məşhurlar siyahısına 50 nəfərin adı daxil edilib. Son il ərzində onların ümumi qazancı 174 milyon dollar təşkil edib, bu rəqəm keçən ilki göstəricidən 24 faiz azdır.


Müəllif: