26 İyul 2015 18:14
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İradə İbrahimova sosial şəbəkədə hamiləlik fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, ifaçı 10 kiloqram kökəldiyini vurğulayıb:

"33 həftəmiz tamam oldu. Allahın köməkliyi, insanların duası ilə sona yaxınlaşırıq. İlk hamiləliyimdən fərqli olaraq çox kökəlməmişəm. Hamilə qalanda 53 kiloqram idim, indi 63 olmuşam. Ana olmağa hazırlaşan xanımlar arasında kökələn varsa, qətiyyən bunu dərd etməsinlər. Əsas körpənizin və sizin sağlamlığınızdır. Pozitiv yerlərdə olmağa çalışın".

Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailə qurub. Cütlüyün İpək adlı qızı var. Müğənni ikinci övladının oğlan olacağını bildirib.


Müəllif: