27 İyul 2015 08:32
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun 22 yaşında həyatı itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə E! Online portalı başda olmaqla ABŞ mətbuatı xəbər yayıb.

Bobbi Kristina Brauer anası ilə birgə

Qeyd edək ki, Bobbi Kristina Braun realiti şou iştrakçısı və müğənni kimi məşhur idi. Bobbi 31 yanvardan etibarən süni komada olub. Bundan bir qədər əvvəl Uitni Hyustonun qızı huşsuz vəziyyətdə tapıldı. Bobbinin narkotik aludəcisi olduğu iddia olunsa da, həkimlər onun qanında narkotik maddə və ya spirtli içki aşkar etməmişdi.

Həkimlər və yaxınları baş vermə səbəbi ehtimalını verməsələr də, Bobbi üçün beyində müalicəsi mümkün olmayan zədə diaqnozu verilmişdi. İyunun axırında Bobbini xəstəxanadan çıxarıb hospisə yatırmışdılar. Bu süni şəkildə saxlanılan Bobbinin həyata qayıtmaq ümidini puça çevirmişdi. Xalası Pet Hyuston “Bizə dəstək olan və dua edən hamıya təşəkkürümüzü bildiririk, o hazırda Allahın yanındadır” - deyərək, Bobbinin ölüm ayağında olmasını təsdiq etmişdi.


Müəllif: