27 İyul 2015 16:08

“Haqqımda yayılmış məlumatların heç bir əsası yoxdur. Bunu özümə qarşı təxribat kimi qiymətləndirirəm. Belə yalan xəbərlər yayalan saytlar məhkəmə qarşısında cavab verəcəklər”.

Bunu Teleqraf.com-a açıqlamasında teleaparıcı Zəhra Rüstəm-Osmanova mətbuata barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda heç bir yerdə işləmir və onu yalnış olaraq telekanallardan birinin əməkdaşı kimi təqdim edirlər: “Məlumatlarada adıçəkilən sərgi iki əvvəl keçirilib. Mən həmin sərgidə əsərlərimi nümayiş etdirmişəmsə, bu o demək deyil ki, həmin fotolardakı şəxs mənəm. Qətiyyən belə deyil, o gürüntülərdəki şəxs mən deyiləm. İki il əvvəlki tədbir barədə dünən olubmuş kimi xəbər yaymaq və üstəlik həmin məlumatlara şəxsimə yönəlik təhqiredici başlıqlaqlar qoymaq təkcə peşəkarlıq səviyyəsini göstərmir. Bu həm də mənəviyyatdan uzaq davranışdır. Kim bunu edib, nə məqsədlə edib, hamısını məhkəmə aydınlaşdıracaq. Bir daha hər kəsin nəzərinə çatdırıram ki, yayılmış fotolardakı şəxs mən deyiləm. Bunu edən adamlar əməllərindən utansınlar. Heç kəs onlara haqq verməyib ki, insanların heysiyyatına toxunsunlar”.

Z.Rüstəm-Osmanova onu da qeyd edib ki, hazırda məsələ vəkili tərəfindən araşdırılır.


Müəllif:
Загрузка...