29 İyul 2015 14:59
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Ancelina Coli ilə Bred Pittin 2005-ci ildə Efiopiyadan övladlığa götürdüyü qızı Zahara vətəninə qayıtmaq istəyir.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, bioloji anasının QİÇS xəstəliyindən vəfat etdiyi deyilən Zahara əslində valideyninin sağ olduğunu öyrənib. Ancelina ilə Bred sevimli qızlarını Efiopiyaya dönmək fikrindən daşındıra bilmirlər. Zaharanın fikrində israr etməsinin bir səbəbi də həyatda olan anası Menteuab Dauitin qızını geri istəməsidir. O deyir ki, heç vaxt qızından imtina etməyib.

Qeyd edək ki, Coli-Pitt cütlüyü Zahara adı verdikləri qızlarını xəstəxanaların birində yarımcan vəziyyətdə tapmışdılar. Onlara körpəninn anasının xəstəlikdən vəfat etdiyi bildirilmişdi.

Zaharanın doğma anasının yanına qayıtmasında Coli ilə Pittin tez-tez düşən davalarının və onların doğma uşaqlarının valideynlərini ögey bacı-qardaşlarına qısqanmasının da səbəb olduğu deyilir.


Müəllif: