31 İyul 2015 10:55
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı rejissor Tom MakKartinin "Diqqət mərkəzində" filminin əsasında "The Boston Globe" qəzetinin jurnalist araşdırması dayanır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, müəlliflərdən ibarət bütöv bir qrup Boston metropoliyasının altını axtarır və sonda pedofil qalmaqalının üstünü açır. Onlar Boston keşişlərinin pedofiliya ilə məşğul olduqlarını, kardinal və şəhər kiləsinin arxiyepiskopu Bernard Lounun isə bunu bildiyini və bunu gizlətməyə çalışdığını sübut edə bilirlər. Məlumat paylaşıldıqdan sonra isə qalmaqal get-gedə böyüməyə başlayır və yekunda kardinal Lou istefaya getməli olur. Əlavə olaraq, Boston kilsəsi milyonlarla dollar kompensasiya ödəməli olur.

Filmin ssenari müəllifləri Tom MakKarti və Coş Sinqerdir. Premyera 6 noyabr 2015-ci ilə təyin edilib. Filmdə baş rollarda Maykl Kiton, Mark Ruffalo, Liv Şrayber, Reyçel Makadams, Con Sletteri çəkiliblər.

Teleqraf.com treyleri təqdim edir:

Rüstəm


Müəllif: