31 İyul 2015 14:55
1 692

Aparıcı Zaur Kamal "5/5" verilişinə çağırdığı məşhurlara əvvəlcədən xəbərdarlıq etdiyini bildirib.

Teleqraf.com axsam.az-a istinadən xəbər verir ki, o, hətta onların geyiminə də müdaxilə olunduğunu etiraf edib:

“Gərək əndazəmizdən çıxmayaq. Çalışırıq qədərində gözəl şou, əyləncə təqdim edək. Bəzi aparıcılar şou göstərir, nələrsə edir, camaat elələrinə dişinin dibindən çıxanı deyir. Verilişə gələn müğənnilərə deyirik ki, özünüzü elə aparın həddindən çıxmayın. Abırlı-ismətli geyinin. Əks halda aləm bir-birinə qarışır”.


Müəllif: