1 Avqust 2015 10:39
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pop-rok ifaçısı Ümman hitə iddialı yeni mahnısına çəkilən klipi təqdim edib.

“Şərab” adlanan ritmik mahnının söz və musiqi müəllifi Azər Nəsibovdur.

Klipin rejissoru Rəhman Əliyev, operatoru Deleedir. Çəkilişlər Qubada aparılıb. Klipdə Ümman ilk dəfə fərqli imicdə görünür. Müğənninin yeni imici özünə məxsusdur.

Ümman sırf pop janrında ilk dəfə ifa edir. Müğənni yeni imici ilə yanaşı, fərqli tərzdə olan mahnısının yenə də izləyiciləri tərəfindən seviləcəyinə əmindir.

“Şərab”ın aranjimanı Elvin Musayevə məxsusdur.

Yeni klipi təqdim edirik.


Müəllif: