1 İyun 2014 14:48
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur supermodellərindən biri İrina Şeyk Azərbaycanda hər kəsin marağına səbəb olacaq açıqlaması və təşəkkürü ilə daha da çox sevgi qazanmağı bacarıb.

Ötən gün Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı baş tutub. Gecənin əsas qonaqlarından biri olan cazibədar model defilədən sonra ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rusiyanən ən seksual qadını adına layiq görülən xanım ona göndərilən gül çələnginin fotosunu sosial şəbəkədə yükləyərək ürək sözlərini bildirib:

"Bu gün mən "Müasir dəbdə Azərbaycan cazibəsi" adlı möhtəşəm layihədə iştirak etdim. Məni bu şouya dəvət etdiklərinə görə ilk növbədə birinci xanım və onun gözəl qızlarına təşəkkürümü bildirirəm. Defilə çox gözəl alındı, hiss olunurdu ki, layihədə əsil professional insanlar iştirak ediblər. Qonaqpərvərliyinizə görə minnətdaram!"

Qeyd edək ki, tatar gözəli olan İrina Şeyk Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo ilə sevgilidir./anpress/


Müəllif: