19 Aprel 2014 10:21
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TRT Muzik” kanalında əməkdar artist Tünzalə Ağayevanın “Bir səsin cazibəsi” çoşqusu davam edir. Bu dəfə Tünzalə xanımın qonağı ölkəmizin sevilən pop müğənnisi Samirə Allahverdiyevadır. Seçimi ilə bağlı açıqlama verən xanım aparıcı bunları deyib:

"Çox sevinirəm ki, Samirə kimi bir səsi “TRT Muzik” tamaşaçısı dinləyəcək . İnanıram ki, Azərbaycan tamaşaçılarının qəlbinə yol tapan Samirə gözəl səsi ilə türk tamaşaçısını da valeh edəcək. Nəzərə alsaq ki, Samirə ilə mən illərin dostlarıyıq, ona görə əminəm ki, proqram çox nəşəli olacaq. Qaçırmayın".

Qeyd edək ki, bu dəfə də Tünzalə xanım proqram üçün geyimi Gülnarə Xəlilovanın Moda Evindən geyinib. Verilişə şənbə günü saat 00:30-da baxa bilərsiniz.


Müəllif: