19 Aprel 2014 10:41
1 026

Park Bulvar AVM-də DJ Same və DJ Rimas iştirakı ilə DJ-festivalı keçirilib.

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan festival bir gün boyunca davam edib. Müxtəlif saatlarda insanların qarşısına çıxan DJ-lər bu tipli tədbirlərin əslində gənclərin DJ sənətinə “dırnaqarası” sənət kimi baxmamalarını aşıladığını bildiriblər. Onlar bu sənətin gənclərin asudə vaxtlarının təşkilində mühüm rol oynaması və ən əsası onların pis vərdişlərə aludə olmaması üçün belə layihələrin vacibliyini qeyd ediblər. DJ-lər gəncləri maraqlandıran sualları cavablandırıb, sənətin görünməyən tərəfləri haqda məlumat veriblər.

Qeyd edək ki, ötən əsrin əvvəllərində yaranan disk jokey, yəni di-cey sənəti xaricdə yetərincə inkişaf edib və incəsənətin, şou-biznesin ayrılmaz qoluna çevrilib. Elə Azərbaycanda da gənclər arasında az bir zamanda populyarlaşan DJ sənəti böyük marağa səbəb olur.

Nərmin


Müəllif: